Dərc edilib: 27-01-2021

http://www.nuh.az/27678-.html

Ukrayna Xarici Kəşfiyyat Xidməti Putinlə bağlı sensasion məlumat yaydı

27.01.2021 10:22:07

Dünya

Rusiya prezidenti Vladimir Putinin səhhətində ciddi problemlərin olduğu artıq xarici kəşfiyyat qurumları tərəfindən təsdiq olunmağa başlayıb. 

Qaynarinfo xəbər verir ki, Ukrayna Xarici Kəşfiyyat Xidməti (SBU) də Putinin səhhətindəki problemlərə diqqət çəkərər Rusiyada hakimiyyətin "transferi”nə start verildiyini bəyan edib.
Qeyd edək ki, Putinin xəstə olması ilə bağlı məlumatlar Rusiyanın ictimai-siyasi dairələrində ötən ilin payızından dolaşır. Dünyanın nüfuzlu media orqanlarında bununla bağlı məlumatlar bir neçə aydır ki, yayılır. Qərbin aparıcı beyin mərkəzlərində Rusiyada hakimiyyətin transferi və onun doğuracağı nəticələr üzərində müzakirələr də ötən ilin sonlarından başlayaraq aparılır.
Müşahidəçilərin fikrincə, Aleksey Navalnının Rusiyaya dönüşünün yegənə səbəbi də hakimiyyətin ötürülməsi prosesinə imkan verməməkdir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib