Dərc edilib: 28-01-2021

https://www.nuh.az/27693-.html

Bakıda qadını doğrayıb zibil qabına atan qayınata...

28.01.2021 13:19:54

Kriminal

Bakıda qadını öldürüb doğrayaraq zibil qabına atan şəxs saxlanılıb.


Daxili İşlər Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, yanvarın 27-də saat 1 radələrində Nəsimi rayonunun Ə.İsgəndərov küçəsində məişət tullantıları qutularında hissələrə ayrılmış 30-35 yaşlı qadın cəsədinin olması barədə Daxili İşlər Nazirliyinin “102 - Zəng Mərkəzi”nə məlumat daxil olub.

 

Faktla bağlı Nəsimi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib.

Cəsədin Babək rayon sakini Banu Məhərrəmova olması müəyyən edilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsindəki yaşadıqları evdə qısqanclıq zəminində törətməkdə şübhəli bilinən qayınatası, Babək rayon sakini İ.Məhərrəmov saxlanılaraq istintaqa təhvil verilib.

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib