Dərc edilib: 29-01-2021

https://www.nuh.az/27701-.html

Ramiz Mehdiyevin “qara kassası” həbs edildi

29.01.2021 09:44:26

Günün sitatı

"Baku Steel Company”-nin direktoru, iş adamı Rasim Məmmədov saxlanılıb. 


Sfera.az xəbər verir ki, bu haqda məlumat sosial şəbəkələrdə paylaşılıb.
Rasim Məmmədov "Baku Steel Company" ilə yanaşı "Baku Oxford School"un da sahibidir və Ramiz Mehdiyevin "qara kassası” kimi tanınır.
Rasim Məmmədovun saxlanılmasına səbəb kimi yol verdiyi ciddi maliyyə maxinasiyaları göstərilir. 
 
Qeyd edək ki, Rasim Məmmədovun adı illərdir ki, mətbuat səhifələrindən düşmür. Onun digər sahibkarlara, Zülfüqarlı qardaşlarına məxsus zavodlara reyder hücumları, iş adamlarının əllərindən zavodların zor gücünə alınması, bununla kifayətlənməyərək müəssisələrdəki domna sobalarının sıradan çıxarılması, istehsal xətlərinin məhv edilməsi kimi əməlləri ümumilikdə bu sahədə durğunluq yaradıb.
 
Xatırladaq ki, "Baku Steel Company” MMC-nin dövlət büdcəsinə 601 510,18 manat borcu var. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən verilən məlumata görə, bu şirkətlə yanaşı Rasim Məmmədovun Zülfüqarlı qardaşlarının əlindən zorla aldığı iddia edilən – "Baku Steel Construction” ASC-nin də (əvvəlki adı "Bakı Poladtökmə” ASC) 676 276,08 manat vergi borcu var. Beləliklə, 2 şirkətin ümumi borcu 1 milyon 277 min 786,26 manat təşkil edir.
 
 
(Oxu24.com)

NUH informasiya agentliyi səhifəsindən çap edilib