Dərc edilib: 29-01-2021

https://www.nuh.az/27710-.html

Elçibəyin qaynı Birinci xanıma TƏŞƏKKÜR ETDİ

29.01.2021 15:10:28

LIVE

Azərbaycanın sabiq prezidenti Əbülfəz Elçibəyin qayını Mirmöhsün Mahmudov “Sherg.az”a danışıb. O, Bəyin ailəsinin hazırki durumu ilə bağlı bunları söyləyib:
“ Oğlu Fövqəladə Hallar nazirliyində işləyir. Ailəsində hər şey qaydasındadır, qızı da Türkiyədədir”.

Bir vaxt Bəyin ailəsinin kommunal xərclərini ödəyə bilmədiyi məsələsinə aydınlıq gətirən M.Mahmudov borcların silinmədiyini deyib:

“Amma Mehriban xanım sağ olsun, Bəyin evini təmir etdirdi. Onun əmisi ilə birgə işləmişəm, çox ləyaqətli ailədir”.

M.Mahmudov həmçinin Ə.Elçibəy eks-prezident statusu alandan sonra əvvəlki illərin təqadünün ailəsinə ödənilmədiyini bildirib:

“Vəfatından sonra 13 il prezident təqaüdü almadı.Vaxtında verilsə, 400 minə yaxın məbləğ edirdi. Ayaz Mütəllibovun təqaüdü artırılmalı idi, ona görə məcbur olub, Elçibəyə də status verildi”.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib