Dərc edilib: 30-01-2021

https://www.nuh.az/27721-.html

“Atam tamaşaya gecikdiyinə görə Heydər Əliyev ona ...”

30.01.2021 10:09:11

Müsahibə

Xalq artisti Səfurə İbrahimovanın sağlığında verdiyi bir müsahibəyə Səməndər Rzayevin qızı Rübabə Səməndər münasibət bildirib. Səfurə İbrahimova “Prezidentin mənə verdiyi evi Səməndər Rzayevə hədiyyə etdim” cümləsi aktyorun qızının bu mövzuya aydınlıq gətirməsinə səbəb olub. 
Rübabə Səməndər Moderator.az-a bunları bildirib.
“Xalq artisti Səfurə İbrahimovanın atama ev hədiyyə etməsi faktı həqiqətə uyğun deyil. Hamı bilir ki, o evi atama ulu öndər Heydər Əliyev verib. Bu hadisə hamının gözünün qarşısında olub. Atam o vaxt heç universiteti də bitirməmişdi, çünki o sonuncu kursdan teatrda işləyir. Bir tamaşa oynayırdılar, atam gecikib, çünki uzaqda kirayədə qalırdı. Ulu öndər gəlib tamaşaya baxmağa, görüb ki, tamaşa gecikir. Soruşub ki, niyə başlamırsız? Deyiblər ki, bir aktyor var, çox uzaqda yaşayır. Çünki atam baş rolda idi, buna görə də tamaşaya başlaya bilmirdilər. Ulu öndər tamaşaya baxandan sonra səhnənin arxasına keçib və bütün aktyorlarla əl verərək görüşüb. Tamaşanı çox bəyəndiyini bildirib. Atamla görüşüb, həmin vaxt sərəncam verib, "Gənclik" metrostansiyasının yaxınlığında ona ev bağışlayıb”  deyə aktyorun qızı bildirib.
Rübabə Səməndər aktrisanın bu faktı bilərəkdən söylədiyinə inanmadığını da bildirib.
“Səfurə İbrahimova bizim çox sevimli aktrisamız olub. Allah ona qəni-qəni rəhmət etsin. O, atamla çox gözəl dost və səhnədə tərəf müqabili olublar. Mən bilirəm ki, o bu faktı bilərəkdən söyləməyib, əslində burada jurnalistlərin də günahı çoxdur. Yaxşı olardı ki, bu cür faktlar öncə məndən soruşulsun və dəqiqliyinə əmin olduqdan sonra yazılsın” deyə Rübabə Səməndər bildirib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib