Dərc edilib: 30-01-2021

https://www.nuh.az/27722-.html

Bu ölkədə 1 fevral - Hicab Günü dövlət bayramı elan olundu

30.01.2021 10:24:28

LIVE

2013-cü ildə Nyu-Yorkda Nazma Xan adlı müsəlman xanım tərəfindən irəli sürülən xüsusi bir tarix – 1 fevral – Beynəlxalq Hicab Günü əvvəlcə dar bir miqyasda qeyd olundu, lakin daha sonra beynəlxalq miqyasda yayıldı. Və artıq ölkələrdən birində rəsmi bayram halına gəldi.

Filippində 1 fevral - Hicab Günü rəsmən qeyri-iş günü elan edilib.
Moderator.az  xəbər verir ki, bu haqda  “Sun Star” nəşri məlumat yayıb. 
Bu həftənin əvvəlində Filippin Nümayəndələr Palatası yekdilliklə hər il 1 Fevralda “Milli Hicab Günü” adlı bayram keçirmək və həmin tarixi qeyri-iş günü elan etmək barədəki təşəbbüsü  səsə qoyub. Layihənin təşəbbüskarları millət vəkilləri Ənsaruddin Əbdül Malik Adiong və Amihilda Sangkopan olub. 
Milli Hicab Günündə ölkə daxilində müsəlman qadınların iştirakıyla geniş tədbirlər olacaq və qeyri-müsəlman qadınlar da, istəsələr, həmin gün hicab bağlaya biləcəklər.

NUH informasiya agentliyi səhifəsindən çap edilib