Dərc edilib: 31-01-2021

http://www.nuh.az/27735-.html

Əməkdar artist 28 il sonra oğlunun Qubadlıdakı məzarı başında Video

31.01.2021 11:24:15

Region

Əməkdar artist Ağalar Bayramov 28 il sonra oğlunun Qubadlıdakı məzarını ziyarət edib.


“Qafqazinfo” xəbər verir ki, aktyor Qubadlının Xocahan kəndində dəfn olunan oğlu Şəhriyarın məzarı başında ağı deyib.

Sosial şəbəkədə ziyarətdən fotolar paylaşan Ağalar Bayramov yazıb:

“Dur, oğlum, dur, dur, “namərd” atan 28 ildən sonra görüşünə gəlib, dur, səsimə səs ver, Şəhriyar.. Sənə görə 3 min şəhid balalarımız canından keçib... Dillənsənə....Bilirəm, incimisən... Məzar daşına əl uzadan qarı düşmən sənin məsum baxışlarından utanmadı.. Nələr çəkdi bu əlacsız, biçarə atan bu illərdə, oğul...”.

Qeyd edək ki, aktyorun oğlu 1991-ci ildə faciəvi şəkildə dünyasını dəyişib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib