Dərc edilib: 01-02-2021

https://www.nuh.az/27747-.html

Məhəbbət Vəliyevanın adı nazirliyin rəsmi saytından silindi - FOTO

01.02.2021 08:57:23

Kriminal

Bir neçə gün öncə mətbuatda Təhsil nazirinin müavini Məhəbbət Vəliyevanın tutduğu vəzifədən azad olunması ilə bağlı məlumat yayılmışdı. 


Bizimxeber.az bildirir ki, Məhəbbət Vəliyevanın adı artıq Təhsil Nazirliyinin rəsmi saytından da (https://edu.gov.az/az/page/38) çıxarılıb. Nazirliyin rəsmi saytında yalnız nazirin və iki müavinin adı qeyd olunub. Bununla da Məhəbbət Vəliyevanın nazir müavini kimi vəzifədən uzaqlaşdırılması təsdiqlənmiş hesab etmək olar. 

Xatırladaq ki, adı bir sıra qalmaqallarda hallanan M.Vəliyeva Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 27 iyun 2018-ci il tarixli Sərəncamı ilə təhsil nazirinin müavini vəzifəsinə təyin edilmişdi.

NUH informasiya agentliyi səhifəsindən çap edilib