Dərc edilib: 01-02-2021

https://www.nuh.az/27754-.html

Köçəryanın arvadı doğum gününü Qarabağdakı evində keçirdi?

01.02.2021 10:33:36

LIVE

Qəsbkar Ermənistanın terrorçu eks-prezidenti Robert Köçəryanın arvadı Bella Köçəryan da Laçın sərhəd-keçid məntəqəsindəki Rusiya hərbçilərinin  icazəsi ilə Azərbaycanın dövlət sərhədini pozaraq  Qarabağa gəlib. 

Moderator.az xəbər verir ki, erməni nəşrlərinin yaydığı məlumatdan belə çıxır. Xəbərdən B.Köçəryanın yanvarın 31-də doğum gününü Xankəndindəki evlərində qeyd etdiyi bəlli olur.
“Çoxsaylı təbrik və arzulara görə minnətdaram. İndi Artsaxdayam: qohumların və dostların əhatəsində... Stepanakertdəki evimizdə.... Bu gün həyəcansız, ağrını gizlətmədən danışmaq çətindir... Ancaq şəhərimiz yaşayır və yaşamalıdır” - deyə Xocalı qatilinin  arvadı  “Facebook” səhifəsində yazıb...
B.Köçəryan Xankəndi küçələrində erməni əsgərlərinin göründüyü belə bir foto da paylaşıb...

P.S. Xəbərin dezinformasiya olub-olmadığını Laçın sərhəd-keçid məntəqəsindəki Rusiya sülhməramlıları(!)  yaxşı bilər...

NUH informasiya agentliyi səhifəsindən çap edilib