Dərc edilib: 01-02-2021

https://www.nuh.az/27760-.html

Elçin Əfəndiyevin qızı hakim təyin edildi

01.02.2021 12:49:37

LIVE

Milli Məclisin bu gün keçirilən plenar iclasında Humay Əfəndiyevanın Konstitusiya Məhkəməsinə hakimi təyin edilməsi məsələsinə baxılıb.


“Qafqazinfo” xəbər verir ki, parlamentin birinci vitse-spikeri Əli Hüseynli onun namizədliyini təqdirəlayiq hesab edib.

Səsvermədən sonra H. Əfəndiyevanın namizədliyi təsdiq edilib. O, səsvermədən sonra Milli Məclis qarşısında and içib: "Konstitusiya Məhkəməsi və Parlament arasında yaranmış ənənəvi işgüzar əlaqələr bundan sonra da davam edəcək".

Qeyd edək ki, H.Əfəndiyeva Baş nazirin sabiq müavini, yazıçı Elçin Əfəndiyevin qızıdır. H. Əfəndiyeva hazırda Konstitusiya Məhkəməsinin Cinayət və inzibati hüquq şöbəsinin müdiridir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib