Dərc edilib: 02-02-2021

https://www.nuh.az/27767-.html

Ağrı dağı yenidən alpinizmə açılır

02.02.2021 09:51:41

LIVE

Türkiyə Alpinizm Federasiyası Ağrı dağının yenidən dırmanmaya açılacağını bəyan edib.


“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu, Ağrı dağının altı illik fasilədən sonra alpinizmə yenidən açılması deməkdir.

“Ölkəmiz və dünyadakı bir çox alpinist üçün vacib bir dırmanma nöqtəsi olan Ağır dağı fevralın 4-də baş tutacaq dırmanmadan sonra bütün alpinistlərə qapılarını təkrar açacaq”, - federasiyadan bildirilib.

Qeyd edək ki, 2015-ci ildə Ağrı valiliyi artan terror təhlükəsi səbəbindən avqust və sentyabr aylarında həyata keçirilən hərbi əməliyyatları əsas gətirərək, Ağrı dağını xüsusi təhlükəsizlik bölgəsi elan etmişdi.

Bölgədə həyata keçirilən antiterror əməliyyatlarına görə altı ildir rəsmi və ya icazəli dırmanmaya qapalı olan Ağrı dağına qalxmaq istəyən alpinistlər bu qərardan məmnun qalıblar.

Ağrı dağına Türkiyə ilə yanaşı, Azərbaycan, İran və Gürcüstandan olan alpinistlər başda olmaqla, dünyanın bir çox ölkəsindən məcərapərəstlər maraq göstərirlər.

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib