Dərc edilib: 02-02-2021

https://www.nuh.az/27773-.html

Azərbaycanda Gənclər günü qeyd olunur

02.02.2021 13:25:28

Region

2 fevral Azərbaycanda gənclər günüdür.

NUH.az   xəbər verir ki, bu gün 1997-ci ildə prezident Heydər Əliyevin sərəncamı ilə təsdiq olunub.
Gənclər günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunub. 1996-cı ildən başlayaraq Azərbaycanda Gənclər günü qeyd olunandan sonra digər MDB ölkələrində və Şərqi Avropa dövlətlərində də bu gün qeyd olunmağa başladı. Azərbaycanda hər il Gənclər günündə bütün istiqamətlər üzrə fəaliyyət göstərən gənclər yekun hesabat verirlər.
Dünyada yalnız 1998-ci il avqustun 8-dən 12-dək Lissabonda keçirilən Konfransda BMT-nin qərarı ilə avqustun 12-si gənclər günü elan edilmişdir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib