Dərc edilib: 02-02-2021

https://www.nuh.az/27777-.html

Navalnı hakim qarşısına çıxarıldı - Yenilənir

02.02.2021 14:49:47

LIVE

Rusiyalı müxalif bloqqer Aleksey Navalnı şərti cəzasının həqiqi cəza ilə əvəz olunması məsələsi ilə əlaqədar Simonovskiy Rayon Məhkəməsinin iclasının keçiriləcəyi Moskva Şəhər Məhkəməsinə gətirilib.


“Qafqazinfo” xəbər verir ki, bu barədə “TASS” agentliyi məlumat verib. Məhkəmə iclası Moskva vaxtı ilə saat 11:00-da başlayıb.

Navalnının həyat yoldaşı Yuliya və vəkili Olga Mixaylova Moskva Şəhər Məhkəməsi qarşısında onu dəstəkləməyə gəlib.

Məhkəməyə İsveçrə, Avstriya və Bolqarıstan da daxil olmaqla xarici diplomatik şöbələrin nümayəndələri də gəliblər. Məhkəmənin ətrafında və ona bitişik küçələrdə təhlükəsizlik tədbirləri gücləndirilib.

***

Məhkəmə zamanı Federal Penitensiar Xidmət Aleksey Navalnıya 3,5 illik həbs cəzasının verilməyini tələb edib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib