Dərc edilib: 04-02-2021

https://www.nuh.az/27793-.html

Ukraynada İES partladı, şəhər qaranlığa büründü - Video

04.02.2021 10:29:39

LIVE

Ukraynada Enerqodar şəhərində istilik elektrik stansiyasında partlayış baş verib.


“Qafqazinfo” xəbər verir ki, partlayış nəticəsində elektrik enerjisi kəsilib, şəhərin yarısı qaranlığa qərq olub.

Bundan başqa, su və internetin kəsildiyi də bildirilib. Şəhər əhalisinə pəncərələri qətiyyən açmamaq barədə xəbərdarlıq olunub.  

Partlayışın ardınca İES-də yanğın qeydə alınıb. Yanğının söndürülməsinə beş yanğınsöndürən maşın cəlb edilib.

 

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib