Dərc edilib: 04-02-2021

https://www.nuh.az/27801-.html

Qarabağ qazisinin qardaşı Qoşqar Təhməzliyə müraciət etdi

04.02.2021 16:16:46

Hadisə

Vətəndaş  Əsədov  Əbülfət  Əsgər  oğlu  Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar  Təhməzliyə müraciət edib. 


Müraciətdə deyilir: 

Cənab Sədr ! 

Mən  Qida Agentliyi yaradılanda 1 il 6 ay  müqavilə  əsasında  AQTA-da  işləmişəm. Özüm də ali təhsilli  baytar həkiməm. Sonra müqavilə başa çatdığı üçün işsiz qaldım.


Cənab Sədr ! 


Sizə müraciət etməkdə məqsədim odur ki, Tərtər rayon sakini  olan  qardaşım Əsədov Qənbər Əsgər oğlu 1-ci və 2-ci Qarabağ  müharibəsində iştirak edib, Qarabağ qazisidir. Sonuncu müharibədə qəlpə yarası alıb və ayağı  amputasiya olub. Qardaşım 6 nəfərlik  ailəsində yeganə işləyən olub və hazırda əlildir. Və öz ailəmlə bərabər  qardaşımın ailəsinə də mən maddi cəhətdən baxıram. 


Cənab Sədr! 

Hazırda işsiz olduğum üçün  bu çətinliyin öhdəsindən  gələ bilmirəm. Sizdən xahiş edirəm ki, əvvəl işlədiyim  AQTA-da işlə təmin olunmağıma kömək edəsiniz. Siz bununla bir Qarabağ qazisinin ailəsinə dəstək vermiş olarsınız. 

 

Hörmətlə, Əsədov Əbülfət Əsgər oğlu 

 


 

NUH informasiya agentliyi səhifəsindən çap edilib