Dərc edilib: 04-02-2021

https://www.nuh.az/27803-.html

Ağdamda partlayış - Bir hərbçimiz həlak oldu, ikisi yaralandı

04.02.2021 21:01:53

Günün sitatı

Bu gün günorta saatlarında Ağdam rayonu ərazisində partlayış baş verib.


Müdafiə Nazirliyindən "Qafqazinfo"ya verilən məlumata görə, hadisə nəticəsində əsgər Zeynalov Qubad İslam oğlu həlak olub.

Digər iki hərbi qulluqçumuz Babayev Nemət Novruz oğlu və  Məlikməmmədov Balaqardaş Mübariz oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hazırda yaralılar həkim nəzarətindədir, həyatları üçün təhlükə yoxdur.

Hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçunun yaxınlarına dərin hüznlə başsağlığı verir!

 

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib