Dərc edilib: 04-02-2021

https://www.nuh.az/27804-.html

Moskvada əsas məhdudiyyətlər bu tarixədək ləğv oluna bilər

04.02.2021 21:47:50

Maqazin

Moskvada koronavirusla bağlı əsas məhdudiyyətlər may ayına qədər ləğv edilə bilər.


“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bunu Moskva meri Sergey Sobyanin bildirib.

“Demişdim ki, yanvar dönüş nöqtəsi olacaq və bu vəziyyətdən çıxmağa başlayacağıq. Bu, praktik olaraq belədir. Ancaq buna baxmayaraq, xəstəxanalarda olan və yoluxan insanların sayı hələ çoxdur. Düşünürəm ki, may ayına qədər əsas məhdudlaşdırıcı tədbirlər ləğv edilə bilər”, - deyə Sobyanin qeyd edib.

Şəhər merinin sözlərinə görə, bununla belə paytaxtda kütləvi tədbirlərin keçirilməsi, risk qrupuna aid olan yaşlı insanlar eçen ev rejiminin aradan götürülməsi hələ tezdir:

“Biz başa düşməliyik ki, yaşlı insanlar və xroniki xəstəliyi olanlarla əlaqədar olaraq kütləvi tədbirlərə icazə verə bilmərik”.

NUH informasiya agentliyi səhifəsindən çap edilib