Dərc edilib: 05-02-2021

https://www.nuh.az/27809-.html

“Rusiyanı cavab verməyə məcbur edəcəyik” - Bayden

05.02.2021 11:17:08

Maraqlı

ABŞ Rusiyanı öz əməllərinə görə “cavab verməyə” məcbur edəcək.


“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Cozef Bayden Dövlət Departamentində xarici siyasət üzrə proqram nitqi ilə çıxış edərkən bildirib.

“Mən sələfimdən fərqli olaraq, Prezident Putinə aydın şəkildə bildirdim ki, Rusiyanın təcavüzkar hərəkətləri – seçkilərimizə müdaxilə, kiberhücumlar, öz vətəndaşlarının zəhərlənməsi – qarşısında ABŞ-ın təslim olacağı günlər geridə qaldı. Biz tərəddüd etmədən Rusiyanı cavab verməyə məcbur edəcəyik və xalqımızın həyat maraqlarını müdafiə edəcəyik”, - o deyib. Daha əvvəl Moskva Bayden tərəfindən səsləndirilən bütün ittihamları dəfələrlə təkzib edib.

Bundan başqa, Bayden ilk dəfə olaraq açıq şəkildə Moskvanı "İv Roşe" işi üzrə şərti cəzası ləğv edilərək 3,5 illik real həbs cəzası alan müxalifətçi Aleksey Navalnını dərhal azad etməyə çağırıb. Onun sözlərinə görə, Navalnı “korrupsiyanı ifşa etdiyi üçün hədəf seçilib”. ABŞ Prezidenti hesab edir ki, “o, dərhal və qeyd-şərtsiz sərbəst buraxılmalıdır”.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib