Dərc edilib: 05-02-2021

https://www.nuh.az/27811-.html

Allahverdi Bağırovun məzarı belə olacaq (FOTO)

05.02.2021 12:14:24

LIVE
Allahverdi Bağırovun məzarı bərpa olunacaq.

Milli Qəhrəmanın Ağdamda yerləşən qəbri üzərində məzar kompleksi inşa ediləcək.

Xatırladaq ki, Allahverdi Bağırov 1992-ci ilin 14 iyununda minaya düşərək şəhid olub. Həmin vaxt Allahverdi Bağırov Ağdamın Şəhidlər Xiyabanında dəfn edilib. Müharibə vaxtı Bağırovun məzarının üzərinə beton tökülsə də, ona başdaşı qoyulmamışdı.
Qeyd edək ki, Vətən müharibəsindən sonra Ağdam işğaldan azad olundu və Allahverdi Bağırovun yadiğarı iki qızı 27 il sonra atalarının məzarını ziyarət etmişdilər.
 
Modern.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib