Dərc edilib: 06-02-2021

https://www.nuh.az/27825-.html

“Tarzan” öldü

06.02.2021 11:30:24

Maqazin

1960-cı illərdə “Tarzan” obrazı ilə məşhurlaşan aktyor Mayk Henri 84 yaşında vəfat edib.


“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor ABŞ-ın Milli Futbol Liqasında oynayarkən yaralanıb və bundan sonra onda parkinson da daxil olmaqla, bir çox xəstəliklər əmələ gəlib.

Mayk Henri “The Longest Yard”, “Soylent Green”, “Rio Lobo and The Green Berets” kimi filmlərdə də rol alıb.

Ancaq ona şöhrət gətirən “Meşənin kralı: Tarzan və Qızıl vadi”, “Tarzan və Böyük çay” və “Tarzan meşənin övladı” filmlərində oynadığı baş rollar olub.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib