Dərc edilib: 06-02-2021

https://www.nuh.az/27832-.html

Azərbaycana daha 648 000 doz peyvənd gətirildi

06.02.2021 17:51:18

LIVE

Ötən gün Azərbaycana daha 648 000 doz peyvənd gətirilib.

Bu barədə Qaynarinfo-ya Nazirlər Kabinetindən məlumat verilib.
Bildirilib ki, indiyədək ölkəyə cəmi 848 min doz vaksin gətirilib.
Qeyd edək ki, yanvarın 18-dən etibarən Azərbaycanda COVID-19 infeksiyasına qarşı vaksinasiya prosesi başlayıb. Fevralın 8-dən isə Azərbaycanda 65 yaşdan yuxarı şəxslər COVID-19 infeksiyasına qarşı vaksinasiya olunacaqlar.

NUH informasiya agentliyi səhifəsindən çap edilib