Dərc edilib: 07-02-2021

https://www.nuh.az/27841-.html

"Azvoyenkom Əlyağa Hüseynovun" restoranında polis toy məclisi aşkarladı -VİDEO

07.02.2021 17:10:57

İqtisadiyyat

Bakıda polis əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. 

 

NUH.az  bildirir ki, Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsi ərazisində yerləşən restoranların birində xüsusi karantin rejim qaydalarını pozaraq toy məclisi keçirilib. Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər zamanı gizli şəkildə toy məclisi təşkil edənlərin qarşısı alınıb. Məclisdə iştirak edən 70-ə yaxın şəxs barəsində qanunvericiliyə uyğun olaraq, tədbirlər görülüb. DİN-in Mətbuat xidməti faktı təsdiqləyib.

 

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib