Dərc edilib: 08-02-2021

https://www.nuh.az/27846-.html

Səlim Müslümovun sağ əli Əjdər Ol da getdi...

08.02.2021 15:32:56

Maraqlı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində aparat rəhbəri vəzifəsində çalışmış Əjdər Ol (Cəbiyev) da istintqa cəlb olunub.

 


Bu iddianı Bakıpost.az saytı tirajlayıb.

 

Bildirilib ki, Əjdər Olla yanaşı həmin nazirlikdə yüksək vəzifədə çalışmış şəxslərin hamısı istintaqa cəlb edilib.

Qeyd edilib ki, Ə.Cəbiyev keçmiş nazir Səlim Müslümovun “sağ əli” kimi tanınırdı.

Xatırladaq ki, 2018-ci ildə fəaliyyətində ciddi korrupsiya əməlləri aşkarlanan sabiq nazir Səlim Müslümov üzərindən 3 il keçdikdən sonra həbs olunub. S.Müslümov nazir işlədiyi dövrdə korrupsiya əməllərinə bulaşdığı üçün DTX tərəfindən saxlanılıb. O, Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə təqsirləndirilir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib