Dərc edilib: 08-02-2021

https://www.nuh.az/27848-.html

Gürcüstanda 11 yaşlı azərbaycanlı qızı nişanladılar - Video

08.02.2021 16:53:20

Müsahibə

Gürcüstanın Poniçala (Soğanlı) kəndində yaşayan azərbaycanlı ailəsinin 2 azyaşlı övladının nişanlanması barədə sosial şəbəkələrdə xəbər yayılıb.


“Qafqazinfo” xəbər verir ki, yayılan  məlumatla bağlı Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə də feysbukda paylaşım edib. O qeyd edib ki, sözügedən kənddə 15 yaşlı dayıoğluyla 11 yaşlı bibiqızı nişanlanıb: “Bildiyim qədər, qızlarını bu yaşda “ərə” verib “xoşbəxt” etmək bu kəndin adətidir. Baxın və susun...”- deyə QHT sədri vurğulayıb.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib