Dərc edilib: 08-02-2021

https://www.nuh.az/27853-.html

Xameneyi 3 mindən çox məhbusu əfv etdi

08.02.2021 22:07:26

Dünya

İslam İnqilabı lideri Ayətullah Əli Xameneyi inqilab zəfərinin 42-ci ili münasibətilə 3 min 840 nəfəri əfv edib.


“Qafqazinfo” “Mehr” agentliyinə istinadən xəbər verir ki, bunlar, əsasən, hərbi və müxtəlif mülki məhkəmələrdə mühakimə olunan şəxslərdir.

Əfv çərçivəsində onların azad olunması və ya ya cəzalarının azaldılması qərara alınıb.

Qeyd edək ki, İran Məhkəmə Hakimiyyəti rəhbəri Ayətullah Rəisi Xameneyiyə yazdığı məktubda müvafiq şərtlərə cavab verən 3 min 840 məhkumun cəzasının azaldılması və ya əfv edilməsini təklif etmişdi.

 

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib