Dərc edilib: 09-02-2021

https://www.nuh.az/27854-.html

Almaniya Rusiya diplomatını ölkədən QOVDU

09.02.2021 00:20:43

LIVE

Almaniya Xarici İşlər Nazirliyi cavab tədbiri olaraq Rusiya səfirliyinin bir əməkdaşını arzuolunmaz şəxs (persona non grata) elan edib.

Qaynarinfo "RİA Novosti”yə istinadla xəbər verir ki, həmçinin Polşa və İsveç xarici işlər nazirlikləri də eyni addımı atmaq niyyətini açıqlayıblar.
Xatırladaq ki, cümə günü Rusiya Xarici İşlər Nazirliyi Almaniya səfirliyinin, habelə Polşa və İsveçin Sankt Peterburqdakı baş konsulluqlarının bu ölkədə keçirilən etiraz aksiyalarında iştirak etdikləri bildirilən əməkdaşlarının arzuolunmaz şəxs elan edilməklə ölkədən çıxarılacaqlarını açıqlamışdı. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib