Dərc edilib: 09-02-2021

https://www.nuh.az/27862-.html

YENİ REKTOR KİMDİR ?

09.02.2021 17:15:04

İdman

Bakı Xoreoqrafiya Akademiyasına yeni kadr təyinatı olub.  


“Qafqazinfo” xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Bildirilib ki, mədəniyyət naziri Anar Kərimovun müvafiq əmri ilə Əməkdar artist Əziz Yaşar oğlu Qarayusifli Bakı Xoreoqrafiya Akademiyasının Tədris işləri üzrə prorektoru vəzifəsinə təyin olunub.

Qeyd edək ki, 53 yaşlı Ə.Qarayusifli son təyinatadək Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin direktoru vəzifəsində işləyib. 1990-cı ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı orkestrın solisti, 2018-ci ildən isə Bakı Musiqi Akademiyasının dosentidir.

***

Əziz Qarayusifli Prezident İlham Əliyevin fevralın 3-də imzaladığı sərəncamla Bakı Xoreoqrafiya Akademiyasının rektoru vəzifəsindən azad edilən Timuçin Əfəndiyevin vəzifələrini icra edəcək.

Məlumatı Mədəniyyət Nazirliyi “Qafqazinfo”ya təsdiqləyib. 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib