Dərc edilib: 10-02-2021

https://www.nuh.az/27865-.html

“2023-cü ildə Aya uçacağıq”

10.02.2021 08:29:08

LIVE

“Hədəfimiz 2023-cü ildə Aya getməkdir”.


“Qafqazinfo”nun məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada baş tutan Türkiyə Milli Kosmos Proqramının təqdimat mərasimində çıxış edərkən dilə gətirib.

Dövlət başçısı ölkəsinin kosmos proqramında yol xəritəsindən söz açıb:

“Yerli və milli imkanlarla inkişaf etdirdiyimiz ilk rabitə peykimiz Türksat 6A-nı 2022-ci ildə kosmosdakı orbitinə yerləşdirəcəyik. Hədəfimiz dünya ilə rəqabətə girə biləcək bir marka ortaya çıxarmaqdır. Kosmosda müstəqil güc olmağın yolu kosmosa girişdən başlayır.

Türkiyəyə aid regional məkan və zaman sistemi inkişaf etdirməliyik. Kosmosa çatmalı və kosmik stansiya qurmalıyıq. Kosmos havası deyilən sahəyə investisiya yatırmaqla təsirimizi artırmalıyıq.

Hədəfimiz kosmosla bağlı baş verənlərin yerdən təqibi məsələsində Türkiyəni daha irəli aparmaqdır. Bu missiya üçün baza mövcuddur.

Ölkənin kosmos sənayesini inkişaf etdirmək lazımdır. Bunun üçün bölgə qurmaq lazımdır. Kosmos sahəsində təsir gücünə malik insan resursları yetişdirməliyik. Bir Türkiyə vətəndaşını kosmosa göndərməyi hədəfləyirik”.

NUH informasiya agentliyi səhifəsindən çap edilib