Dərc edilib: 12-02-2021

https://www.nuh.az/27885-.html

Anası şəhid oğlunu son mənzilə başı üzərində apardı

12.02.2021 08:15:47

Günün sitatı

Vətən Müharibəsində itkin düşən, ötən gün isə şəhid olduğu müəyyənləşən əsgər Ağayev Əmirağa Mahir oğlu bu gün torpağa tapşırılıb.


"Qafqazinfo" xəbər verir ki, o, doğulduğu Şabran rayonunda Şəhidlər Xiyabanında dəfn olunub.

Şəhidimizin anası Hədiyyə Ağayeva oğlunun tabutunu başı üzərində daşıyıb.

Qeyd edək ki, Əmirağa Ağayev Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub. Ailəsi sonuncu dəfə oğlu ilə oktyabrın 11-də əlaqə saxlamışdı. 4 aydan sonra nəşi tapılan şəhidimizin DNT analizi nəticəsində Əmirağaya aid olduğu təsdiqlənib.

Şabranın Surra kəndindən olan 2002-ci il təvəllüdlü şəhidimizi ailənin yeganə oğlu olub, iki bacısı var.

Allah rəhmət eləsin!

 


NUH informasiya agentliyi səhifəsindən çap edilib