Dərc edilib: 12-02-2021

https://www.nuh.az/27888-.html

Rusiyada supermarketdə güclü partlayış - Video

12.02.2021 10:41:22

LIVE

Rusiyanın Vladikavkaz şəhərində bir supermarketdə güclü partlayış baş verib.


“Qafqazinfo”nun “RİA Novosti”yə istinadən məlumatına görə, partlayış nəticəsində birmərtəbəli supermarket binası tamamilə dağılıb.

Hadisə zamanı binada bir nəzarətçinin olduğu və qaçaraq xəsarət almadığı qeyd olunub.

İlkin araşdırmaya görə, partlayışa qaz-hava qarışığının sızması səbəb olub.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib