Dərc edilib: 12-02-2021

https://www.nuh.az/27895-.html

128 gündür komada olan qazimiz şəhid oldu

12.02.2021 23:07:56

Hadisə
Dörd aydan çoxdur komada olan Vətən müharibəsi qazisi İsmayılzadə Tacəddin Vüqar oğlu vəfat edib.

Qaynarinfo xəbər verir ki, 24 yaşlı Sumqayıt sakini T. İsmayılzadə müalicə aldığı xəstəxanada 128 gündən sonra şəhidlik zirvəsinə yüksəlib.
Qeyd edək ki, 24 yaşlı Tacəddin İsmayılzadə həm də Aprel döyüşlərinin iştirakçısıdır. 2016-cı ildə döyüşlər başlayan zaman hərbi xidmətdə olub. Vətən müharibəsi başlayanda isə cəbhəyə könüllü yollanıb və kəşfiyyat bölüyündə xidmət edib. Ağdam, Xocavənd və Füzuli istiqamətində döyüşlərdə iştirak edib. Oktyabrın 9-da Füzulidə başından ağır yaralanıb və komaya düşüb.
Allah rəhmət eləsin!.

NUH informasiya agentliyi səhifəsindən çap edilib