Dərc edilib: 14-02-2021

https://www.nuh.az/27903-.html

Bakıda əsirlikdə olan ERMƏNİ SNAYPER qadın

14.02.2021 12:55:19

Hadisə

Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşları Azərbaycanda əsirlikdə olan Livan və Ermənistan vətəndaşı, snayper Maral Nacaryanla görüşüb.


“Qafqazinfo” xəbər verir ki, bu barədə erməni KİV-i məlumat yayıb. Komitə nümayəndələri Nacaryanın ailə üzvlərinə onun səhhətinin normal olduğunu bildiriblər.

Maralın bacısı Ani Nacaryan bir müddət əvvəl onun əsirlikdən azad edilməsi haqda mətbuatda yayılan məlumatların doğru olmadığını söyləyib. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib