Dərc edilib: 16-02-2021

https://www.nuh.az/27912-.html

Bakıda tikinti şirkəti bağçanın hasarını dağıtdı (VİDEO)

16.02.2021 15:49:30

Cəmiyyət

 

Bakıda vətəndaşa məxsus uşaq bağçası kimi fəaliyyət göstərən mülkiyyətin hasarı ətrafda tikinti işləri aparan "Gloria Palace” MTK tərəfindən dağıdılıb.

Baku TV xəbər verir ki, hadisə Nəsimi rayonu, Nəsib bəy Yusifbəyli küçəsi 74 ünvanında qeydə alınıb.
Şikayətçi bildirir ki, hadisə gecə vaxtı qeydə alınıb.
"Gloria Palace” MTK-nın nəzarətçisi bildirib ki, bu, pilot layihədi: "Biz burada yaşayan sakinləri köçürüb, mülkiyyətçilərə sahib olduğu sahənin 20 faiz artığını veririk”.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib