Dərc edilib: 17-02-2021

https://www.nuh.az/27926-.html

Mart ayında 14 gün iş olmayacaq: Ardıcıl 9 gün

17.02.2021 12:43:02

LIVE

Bu il Novruz bayramında 9 gün ardıcıl iş olmayacaq.
Qaynarinfo-nun məlumatına görə, Nazirlər Kabinetinin "2021-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” qərarına əsasən, 2021-ci il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı günləri müəyyən edilib.
Bu il 20-21 mart həftənin şənbə və bazar günlərinə təsadüf etdiyindən, Əmək Məcəlləsinə əsasən iş və istirahət günlərinin yerləri dəyişdiriləcək, martın 25-i və 26-ı da qeyri-iş günü olacaq. Eyni zamanda 6-7, 13-14 və 27-28 mart da həftənin şənbə və bazar günlərinə təsadüf edir.  
Beləliklə, Novruz bayramı ilə əlaqədar 9 gün ardıcıl (20, 21, 22, 23, 24, 25, 26, 27 və 28 mart) və 8 mart Beynəlxalq Qadınlar Günü də daxil olmaqla digər 5 gün də iş olmayacaq.

NUH informasiya agentliyi səhifəsindən çap edilib