Dərc edilib: 18-02-2021

https://www.nuh.az/27934-.html

Arif Hacılı və digər 10 nəfər cərimələnib - DİN

18.02.2021 12:50:42

LIVE

Daxili İşlər Nazirliyi Müsavat partiyasının başqanı Arif Hacılının polis bölməsinə çağırılması barədə sosial şəbəkələrdə yayılan məlumata münasibət bildirib.


DİN Mətbuat xidmətindən “Qafqazinfo”ya bildirilib ki, vətəndaş Arif Hacılı və onunla birgə bir neçə şəxs karantin rejimi qaydalarını pozduğu üçün cərimə olunublar: “Arif Hacılı və ya digər şəxslər saxlanılmayıb, heç bir polis bölməsinə də dəvət olunmayıb. Həmin şəxslərin karantin rejimi qaydasını pozaraq maskadan istifadə etmədikləri məlum olub.

Araşdırma nəticəsində 11 nəfər barəsində Yasamal Rayon Polis İdarəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib olunub. Həmin protokollar polis əməkdaşları tərəfindən evlərində vətəndaşlara təqdim edilib”.

Qeyd edək ki, Arif Hacılı və Müsavat partiyasının digər üzvləri müxtəlif rayonlarda şəhid məzarlarını ziyarət edərək həmin yerlərdə çəkdirdikləri fotoları sosial şəbəkədə yayımlayıblar. Bir neçə şəxs isə onların tibbi maskadan istifadə etməməsinə irad bildirib.

 

 


NUH informasiya agentliyi səhifəsindən çap edilib