Dərc edilib: 20-02-2021

https://www.nuh.az/27954-.html

Prezidentlə Birinci Vitse prezidentin birgə səfərləri risklidir

20.02.2021 01:45:19

LIVE

Prezident və Vitse prezidentin Şuşa, Fizuli, Zəngilan,Qubadlı və Laçın səfərləri çox riskli səfərlərdir. Dünya praktikasında Dövlətin bir birlərini əvəz edə biləcək 2 şəxsinin bir təyyarədə uçması, istənilən region və ölkəyə birlikdə səfər etməsi qadağandır. Sadaladığım rayonlar riskli rayonlardır. Minalardan təmizlənməyib, terrorist qrupların olmaması təsdiqini tapmayıb.

 

 Onları başa düşmək olar. Bu riskin arxasında insanların bu zonalara köçməyi həvəsləndirmək dayanır. Hər halda ehtiyyatlı olmaq lazımdır. Ölkənin daxilində xaos yaratmaq istəyən qüvvələr baş qaldırmağa hazır vəziyyətdə dayanıb gözləyirlər. Kifayət qədər pulları olan keçmiş korrupsionerlər həbs olmaqlarından qorxur və ölkəni daxildən laxlatmaq istəyirlər. Çox ehtimal özlərinə lider də seçiblər. Səbatsız müxalif ünsürlər də bu komandanın ətrafında birləşməyə hazırdılar. Mən bilirəm bu adamlar kimlərdir. Ancaq ad çəkmək istəmirəm. Çünki ad çəksəm pançirlərində gizlənəcəklər, tapmaq çətin olacaq. DTX-nin həm daxili, həm də xarici qurumları bu insanların kimlər olduğunu yaxşı bilirlər. Hakimiyyəti gərginlik içində saxlamaq üçün bu insanların xarici ölkələrdən çox ciddi dəstəkləyənləri də vardır. Kiçik bir səhv, kiçik bir xaos ölkəni çox ağır vəziyyətə sala bilər. Hakimiyyət bu insanlardan qətiyyətlə ölkənin yaxasını qurtarmalıdır. Bu insanların sayı maksimum 5 minə (başçıları 100 yaxın) yaxındır. Hakimiyyətin qətiyyətli addımları onu dəstəkləyənlərin sayını azı 8 milyona çatdıracaq. Bu işi görmək lazımdır.

NUH informasiya agentliyi səhifəsindən çap edilib