Dərc edilib: 20-02-2021

https://www.nuh.az/27956-.html

Şeyxin qızı girov götürülüb

20.02.2021 09:35:31

LIVE

"BƏƏ-nin baş naziri və Dubay əmiri Şeyx Məhəmməd bin Rəşid Əl-Məktumun qızı şahzadə Lətifəyə evdə qulluq edilir".


“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, şeyxin qızı Lətifənin atasının onu evdə girov götürdüyü və həyatı üçün narahat olduğunu dediyini əks etdirən görüntülərdən sonra BƏƏ-nin Londondakı səfirliyi belə bir açıqlama yayıb.

“Şahzadə Lətifəyə evdə qulluq edilir. Müalicəsi davam edir. Ən uyğun zamanda ictimaiyyət önünə yenidən çıxacaq”, - açıqlamada bildirilib.

Qeyd edək ki, şahzadə Lətifə dostlarına göndərdiyi və fevralın 16-da BBC-nin “Panaroma” proqramında yayımlanan videoda həyatından narahat olduğunu və atasının onu pəncərəsi və qapısı olmayan qapalı bir villada girov saxladığını demişdi.

Xatırladaq ki, şahzadə Lətifə 2018-ci ildə dəniz yolu ilə ölkədən qaçmağa çalışsa da, o, Hindistanın ərazi sularında BƏƏ qüvvələri tərəfindən saxlanılaraq vətəninə qaytarılıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib