Dərc edilib: 20-02-2021

https://www.nuh.az/27964-.html

Baş redaktoru döydülər - DİN nəzarətə götürdü

20.02.2021 15:02:03

LIVE

Ötən gün axşam saatlarında "hakimiyyet.az” saytının baş redaktoru Fuad Əliyev naməlum şəxslər tərəfindən döyülüb.

F. Əliyev şəxsi avtomobili ilə Heydər Əliyev prospektində tanımadığı şəxslər tərəfindən saxlanılaraq hücuma məruz qalıb.
Nəticədə baş redaktor müxtəlif bədən xəsarətləri alıb, onun avtomobilinə isə ziyan dəyib
Faktla bağlı Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, məsələ nəzarətə götürülüb, faktla bağlı araşdırma aparılır.

NUH informasiya agentliyi səhifəsindən çap edilib