Dərc edilib: 20-02-2021

https://www.nuh.az/27967-.html

20 yaşlı universitet tələbəsi Sevil özünü 20-ci mərtəbədən atdı FOTO

20.02.2021 22:10:07

Cəmiyyət

Bakının Xətai rayonunda intihar hadisəsi baş verib.


“Qafqazinfo”nun məlumatına görə, 20 yaşlı Sevil Atakişiyeva çoxmərtəbəli binanın 20-ci mərtəbəsindəki mənzilin eyvanından özünü ataraq intihar edib.

 

 

 

Hadisə yerində keçinən Sevilin intiharından bir gün sonra isə onun sosial şəbəkədə yazışmaları üzə çıxıb. 2019-cu və ötən ildə olan yazışmalarda Sevil ailəsi tərəfindən təzyiqlərə məruz qaldığını bildirib. Bundan başqa, Sevil yazışmalarda hər anının qorxu ilə keçdiyini, ailədə özünə qarşı hörmət olunmadığını və mütəmadi olaraq atdığı addımlara görə hədələndiyini bildirib.

Hadisə ilə bağlı Baş Prokurorluğun Mətbuat xidmətindən "Qafqazinfo"ya bildirilib ki, yayılmış foto və məlumatlar üzrə Xətai rayon prokurorluğunda hərtərəfli araşdırmaların aparılması təmin ediləcək.

Qeyd edək ki, Sevil Atakişiyeva Azərbaycan Turizm və Menecment Universitetinin tələbəsi olub.

 




NUH informasiya agentliyi səhifəsindən çap edilib