Dərc edilib: 23-02-2021

https://www.nuh.az/27992-.html

Azərbaycanda nazir müavini vəfat edib

23.02.2021 12:48:25

Reportaj

Görkəmli inşaatçı-mühəndis, sabiq nazir müavini Qurban Xanoğlan oğlu Əliyev qəflətən ürək tutmasından vəfat edib.


“Qafqazinfo” xəbər verir ki, Qurban Əliyev 1948-ci ildə Cəlilabad rayonunda anadan olub. İş fəaliyyətinə yol təmir və tikinti trestində baş mühəndis kimi başlayıb.

1974-cü ildən Azərbaycan Avtomobil Yolları Nazirliyində işləyib.

1989-cu ildən 1993-cü ilə qədər nazirin birinci müavini - nazir vəzifəsini müvəqqəti icra edib. Sonra 1993-cü ildən 2004-cü ilədək Azərsənayetikinti Dövlət Şirkətində vitse-prezident, Azərsənayetikinti Səhmdar Cəmiyyətində sədrin birici müavini vəzifəsində, 2006-2008-ci illərdə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində baş məsləhətçi çalışıb və tikinti sahəsində yüksək xidmətlərinə görə bir cox mükafatlara layiq görülüb.

Allah rəhmət eləsin!

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib