Dərc edilib: 23-02-2021

https://www.nuh.az/27998-.html

Komitə sədrinə yeni 4-cü MÜAVİN təyin olundu (FOTO)

23.02.2021 19:23:33

LIVE

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə yeni sədr müavini təyin olunub.

"Report"un əldə etdiyi məlumata görə, bununla bağlı müvafiq sənəd imzalanıb. Sənədə əsasən, bu vəzifəyə Sahib Novruz oğlu Nağıyev təyinat alıb.
Bununla da Dövlət Komitəsi sədrinin müavinlərinin sayı 4-ə çatıb.
Qeyd edək ki, S.Nağıyev 1966-cı ildə Gəncə şəhərində anadan olub. O, Yaxın Şərq ölkələri üzrə mütəxəssisdir.
 

NUH informasiya agentliyi səhifəsindən çap edilib