Dərc edilib: 23-02-2021

http://www.nuh.az/27999-.html

Paşinyan Rusiyanı biabır etdi: ““İsgəndər” raketləri partlamadı”

23.02.2021 23:35:38

LIVE

Ermənistan baş naziri Nikol Paşinyan 1in.am agentliyinə geniş müsahibə verib.
Müsahibədə Paşinyanın Ermənistan Qarabağ məsləsindəki gələcək planları, üçtərəfli razılaşmanın bəndlərinin icrası, müxalifətin növbədənkənar seçki tələbləri və iqtisadi sahədə planları barədə danışıb.
Müsahibə zamanı Nikol Paşinyan eks-prezident Serj Sarkisyanın "İsgəndər” raketlərinin müharibənin ilk günlərində istifadə olunmaması ilə bağlı verdiyi açıqlamaya cavab verib. Paşinyan Rusiyadan satın alınan həmin raketlərin Qarabağ döyüşlərində tətbiq olunduğunu, sadəcə partlamadığını deyib.
"Qoy sual versin (Serj Sarkisyan), niyə "İsgəndər” raketləri partlamadı? Yaxud niyə 10%-i partladı? ".
Nikol Paşinyanın "İsgəndər” raketlərinin partlamaması barədə açıqlamasının silah istehsal edən Rusiyanın hakim dairələrinin ciddi narazılığa səbəb olacağı gözlənilir. Kreml həmin raketləri yalnız Ermənistana satmışdı. (modern.az)

NUH informasiya agentliyi səhifəsindən çap edilib