Dərc edilib: 24-02-2021

https://www.nuh.az/28000-.html

ABŞ Ərdoğanı devirib “Dişi qurd”u gətirmək istəyir

24.02.2021 00:09:35

Maraqlı

“Barak Obama administrasiyası 2016-cı il iyulun 15-də Ərdoğanı devirib, “Dişi qurd”u (Maral Akşənər) hakimiyyətə gətirmək istəyirdi”.


Bunu yunan professor Dmitris Kitsikis deyib.

Professor Fəthullahçı Terror Təşkilatının (FETÖ) 2016-cı ildə Türkiyədə hakimiyyət çevrilişinə cəhdi ilə bağlı iddialar irəli sürüb:

“Bu gün Bağçalı və Ərdoğan müstəqillik üçün Qərbə qarşı ittifaq qurub. Məqsəd Qərbin qarşısında müstəqil olmaqdır. Qərbin xoşuna gəlsə də, gəlməsə də Ərdoğan böyük liderdir. Qərbə qarşı duruş gətirmək asan deyil. İndiyədək həyatda qalmağı bacarıb. Amerikalılar 2016-cı ildə onu öldürməyə cəhd etdilər. Bunu İncirlikdə yoxladılar. Bu, rəsmən təsdiqlənmiş hadisədir.

Həmin dövrdə Türkiyədə idim və baş verənləri bilirdim. Obama hökumətinin onu bir “Dişi qurd”la dəyişdirməyi planlaşdırdığı haqda məlumatlı idim. Həmin şəxs İyi Partiyanın qurucusu Maral Akşənərdir. Onu seçmələrinin səbəbi amerikalıları dəstəkləməsidir. Ərdoğan isə bunun əksini edir”.(teleqraf.com)

NUH informasiya agentliyi səhifəsindən çap edilib