Dərc edilib: 25-02-2021

https://www.nuh.az/28015-.html

Liseyinin direktoru həbs edildi

25.02.2021 13:07:54

Cəmiyyət

Bərdə Peşə Liseyinin direktoru Şəmil Şükürovun saxlanılmasının detalları məlum olub.

 


“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Ş.Şükürovun cinayət əməlləri ilə bağlı daxil olmuş məlumat əsasında əməliyyat tədbirləri keçirilib.

Şəmil Şükürov liseydə təhsil alan çoxsaylı tələbələrin dərsdə iştirak etməmələri, onlara ümumi himayədarlıq göstərilməsi müqabilində xeyli miqdarda pul vəsaitini rüşvət qismində aldığı məlum olub.

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb. Şəmil Şükürov istintaqa cəlb olunub.

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib