Dərc edilib: 27-02-2021

https://www.nuh.az/28039-.html

Sabiq MTN şefi Nəriman İmranovun oğlu Arazın...

27.02.2021 12:36:29

LIVE

2004-cu ildə yaradılan "Happy House” MMC ləğv olunduğunu elan edib. 

Qaynarinfo xəbər verir ki, 40 manat nizamnamə kapitalına malik şirkətlə bağlı elanda kreditorlardan 2 ay müddətində tələblərini Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev Prospekti, ev 91, mənzil 67 ünvanına bildirməyi istənilir. 
Qeyd edək ki, müxtəlif məhsulların satışı ilə məşğul olan şirkətin qanuni təmsilçisi Araz Nəriman oğlu İmranovdur. 
Araz İmranov sabiq milli təhlükəsizlik naziri Nəriman İmranovun oğludur. 
Şirkətin hazırda 4989 manat vergi borcu var.

NUH informasiya agentliyi səhifəsindən çap edilib