Dərc edilib: 27-02-2021

https://www.nuh.az/28041-.html

1-ci vitse-prezident Firdovsi Umudov Kamran Məhərrəmlini xüsusi ittiham qaydasında məhkəməyə verib

27.02.2021 14:06:47

Hadisə

Azərbaycan Güləş Federasiyasının 1-ci vitse-prezidenti, polkovnik-leytenant, Dövlət  Sərhəd Xidmətinin  "Sərhədçi" Olimpiya İdman Mərkəzinin rəis müavin Firdovsi Umudov NUH.az saytının baş redaktoru Kamran Məhərrəmlini xüsusi ittiham qaydasında məhkəməyə verib. 


Xüsusi ittiham qaydasında şikayət ərizəsində qeyd edilir:


" 23 may 2020-ci il tarixdə NUH.az saytında  dərc edilən " Həbs olunan DSX polkovnikinə federasiyanın vitse-prezidenti "krışalıq"  edirmiş ? "  başlıqlı yazıdakı  "KRIŞALIQ etmək sözü ( krışa -dam sözündəndir ) KRİMİNAL qurumlar tərəfindən QANUNSUZ mühafizənin təmin edilməsidir.


Rus dilinin sinonimləri  lüğətinə əsasən isə krışalıq etmək  - ört-basdır etmək, krışası altına almaq, himayədarlıq etmək kimi izah olunur. Göründüyü kimi, yazıda  Firdovsi Umudov ağır cinayət etməkdə ittiham edilir".

 


 

 


NUH informasiya agentliyi səhifəsindən çap edilib