Dərc edilib: 28-02-2021

https://www.nuh.az/28048-.html

Qəbələdə 18 yaşlı tələbə intihar etdi

28.02.2021 12:14:09

LIVE

Qəbələ rayonunda intihar hadisəsi qeydə alınıb.

 

"Report"    bildirir ki, hadisə Zərgərli kəndində baş verib.

Kənd sakini, 2003-cü il təvəllüdlü Seymur İlqar oğlu Əsgərov özünü yaşadığı evin həyətindəki tövlədə asıb. Onun meyitini səhər saatlarında ailə üzvləri aşkarlayıb.

Qeyd edək ki, 18 yaşlı S.Əsgərov Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının birinci kurs tələbəsi olub.

Faktla bağlı araşdırma aparılır.

NUH informasiya agentliyi səhifəsindən çap edilib