Dərc edilib: 28-02-2021

https://www.nuh.az/28049-.html

Cahangir Əsgərov iki aydır maaşları vemir ki...

28.02.2021 12:21:32

Günün sitatı

"AZAL-ın işçiləri yazırlar ki, 2 aydır maaşlarını ala bilmirlər. Baxmayaraq ki, AZAL pandemiya zamanı da bəhrələnənlərdən olub”. 


NUH.az   xəbər verir ki, bu sözləri iqtisadçı alim Qubad İbadoğlu yazıb.


Ekspert bildirib ki, Maliyyə Nazirliyi ötən ilin büdcəsindən AZAL-a pandemiyanın neqativ təsirlərini neytrallaşdırmaq üçün 86,9 milyon manat köçürüb: "AZAL bazarda hökmran mövqeyini saxlayaraq İstanbula uçuşa artan tələbatdan sui-istifadə edərək, gediş gəliş biletini dəfələrlə bahalaşdırıb.

AZAL pandemiyadan əvvəl səfər etmək istəyənlərin ödədiyi vəsaiti indiyə qədər geri qaytarmayıb. Bəlkə də Cahangir Əsgərov AZAL-ın işçilərinin əmək haqlarını qəsdən vermir ki, bu ilin büdcəsindən də maliyyə yardımı alsın”.

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib