Dərc edilib: 28-02-2021

https://www.nuh.az/28050-.html

Ordumuzun əsgəri minaya düşüb şəhid oldu - FOTO

28.02.2021 12:30:38

Region

Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, əsgər Musayev Səhman Qəşəm oğlu minaya düşərək şəhid olub.

Bu barədə "Qafqazinfo"ya Səhman Musayevin yaxınları məlumat verib.

Tərxis olunmasına 1 ay qalmış əsgərin Füzuli istiqamətində minaya düşdüyü bildirilib. Şəhidimizin nəşi doğulduğu Göygöl rayonuna gətirilib, bu dəqiqələrdə vida mərasimi keçirilir.

Səhman Musayev Göygölün Şəhidlər Xiyabanında torpağa tapşırılacaq.

Müdafiə Nazirliyindən isə "Qafqazinfo"ya bildirilib ki, hadisə ilə bağlı məlumat veriləcək.

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib