Dərc edilib: 03-03-2021

https://www.nuh.az/28079-.html

Jirinovski SSRİ-ni dağıdanların adlarını çəkdi, Qorbaçova isə haqq qazandırdı

03.03.2021 11:16:34

LIVE

Mixail Qorbaçovun 90 illik yubileyi şərəfinə LDPR lideri Vladimir Jirinovski SSRİ-nin dağılmasının səbəbləri ilə əlaqədar bir Telegram qeydi yazıb. 

Qaynarinfo xəbər verir ki, siyasətçi həmin vaxtlar QKÇP tərəfində dayandığını və hətta 1991-ci ildə qiyamçılara dəstək olaraq Moskvanın mərkəzində kiçik bir mitinq təşkil etdiyini xatırladıb. 
O, qeyd edib ki, qiyamçılar bəzi respublikaların və ərazilərin rəhbərlərindən də dəstək alıb. Milyonlarla vətəndaş QKÇP tədbirlərini dəstəkləyib. İndi bir çoxları SSRİ-nin dağılmasına görə o zamankı dövlət başçısı Mixail Qorbaçovda günahlandırırlar. Ancaq bu, tamamilə ədalətsizdir - axı Siyasi Büro, təhlükəsizlik qüvvələri, partiya aparatı da bütünlüklə onun ətrafında olub. 
"Əlbəttə ki, 30 ildən sonra hər şeyi 90 yaşlı zəif kişinin üzərinə atmaq asandır. Yalnız o günahkardır və qalan hər kəs yaxşı və ağıllıdır. Bəs onu yuxarılara kim qaldırmışdı?" – Jirinovski deyib. Bundan sonra o, adları sadalayıb: Andropov, Qromıko... Onların hamısı Qorbaçovu ucaldanlardı. SSRİ-dəki 18 milyon partiya üzvünün çoxu da bu işdə iştirak edib.
"SSRİ-nin dağılmasının əsas səbəbi tək partiyalı rejim idi. 73 il ərzində hər şey tək bir partiyanın əlində idi. Həm dövlət, həm təhlükəsizlik, həm iqtisadiyyat, həm dil, həm də mədəniyyət - hər şey”, - Jirinovski əlavə edib. LDPR lideri hesab edir ki, Kommunist Partiyasına qarşı hücum başlayanda dövlət də onunla birlikdə məhv olub. Ona görə, 1991-ci ildə kommunistlərin çoxunun özlərini heç bir şəkildə göstərmədiklərini də xatırlatmaq lazımdır. "Niyə heç kim onları günahlandırmır? Məsələn, qiyam dövründə Züqanov harada idi? Seleznyov harada idi?" - Jirinovski sual edib.
Siyasətçi öz tarixinə dair "yalan" danışmamaq üçün bütün bunlardan dürüst danışmağı təklif edib.
Qeyd edək ki, bu gün SSRİ-nin ilk və son prezidenti, Azərbaycanın tarixində 20 Yanvar qatili kimi qalacaq Mixail Qorbaçovun 90 illik yubileyidir. Almaniya kansleri Angela Merkel onu 90 illik yubileyi münasibətilə təbrik edərək, Almaniyanın sülh yolu ilə birləşməsindəki töhfələrini qeyd edib. Merkel təbrik teleqramında "Soyuq müharibənin sülh yolu ilə aradan qaldırılmasında və Alman birliyinin əldə edilməsində şəxsi iştirakınıza görə sizə bir daha təşəkkür etmək üçün təntənəli gününüzdən istifadə edəcəyəm”, - deyə yazıb.
Bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin də Qorbaçovu ildönümü münasibətilə təbrik edib, o, SSRİ-nin ilk və yeganə Prezidentini fövqəladə bir şəxs və görkəmli siyasi xadim adlandırıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib